Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Həcc ziyarətininBAŞLANMA və BİTMƏ tarixi

Həcc ziyarətinin

 

 

Azərbaycandan olan zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub

 

Yenixeber.org: Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.

Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.

Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır.

Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir. Bu ilə Azərbaycana Həcc ziyarəti üçün 2000 kvota ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam