Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

 

Ərdoğan azərbaycanlı deputatlarla görüşəcək

Milli Məclisin bir qrup deputatı Türkiyəyə səfər edəcək.

Yenixeber.org xəbər verir ki,Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşlər nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam