Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ermənistan nümayəndəliyi qarşısında aksiya- Foto

 

 

   

Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.

Əllərində Azərbaycan, Türkiyə bayraqları, Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları Ermənistanın təcavüzkar, işğalçı siyasəti, onların Xocalıda törətdiyi insanlığa sığmayan cinayətləri ilə bağlı müxtəlif şüarlar səsləndiriblər.

Aksiyaçılar eyni zamanda şəhər sakinlərini və qonaqları Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlandırıblar.

Mitinq Haaqada yerləşən beynəlxalq təşkilatlara və Hollandiya hökumətinə ünvanlanmış bəyanatın oxunması ilə başa çatıb.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam