Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Jurnalistin işini Zakir Qaralov nəzarətə götürdü

 

Eldar Sultanov: “Jurnalist Tapdıq Fərhadoğlu ilə bağlı məsələ baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb”

   "Xeberinfo.com": Baş Prokurorluq jurnalist Tapdıq Fərhadoğlunun döyülməsi faktı üzrə araşdırmaların qeyri-obyektiv aparılması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında qeyd edib ki, jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu fevralın 20-də tələbələrin Bakı Dövlət Universiteti qarşısında etiraz aksiyasını işıqlandırdığı zaman universitetin mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tərəfindən döyüldüyünü iddia edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam