Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bu türk ölkəsində çörək üsyanları başlayır

Bu türk ölkəsində çörək üsyanları başlayır

 

 

Türkmənistanın Marı vilayətində un çatışmazlığı ucbatından konflikt yaşanıb

Yenixeber.org:  Bu barədə informasiyanı “Azadlıq” radiosunun Türkmənistan bürosu yayıb. Radio bu vilayətdə qadınların avtomobil yolunu bağlayaraq, etiraz etdiyini bildirib.

Digər etirazçılar isə kənd mağazasına hücum ediblər. Bundan sonra vilayətə göndərilən unun əhaliyə tam olaraq paylanmadığı müəyyən olunub. Üstəlik, mağaza sahibinin vilayətin rəhbər heyəti ilə birgə unu dövlətin müəyyən etdiyi qiymətdən baha satdığı bildirilib.

Qeyd edək ki, Türkmənistanda un qıtlığı ötən aydan başlanıb. Fevralda ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsulları da 70-100% qalxıb. Dövlət mağazalarında un əhaliyə talonla (5 kiloqramdan artıq olmamaq şərtiylə - red.) verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam