Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sevinc Osmanqızı APA-ya keçdi

 

    Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı yenidən Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayıb.

  "Xedberinfo.com": Məlumata görə, xanım jurnalist APA informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri kimi fəaliyyətini davam etdirəcək. 

   Bu xəbəri AzVision.az-a “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı da təsdiqləyib. O, bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə əməkdaşlığa başlayıb: “Sevinc Osmanqızı ilə əməkdaşlıq etməyə başladıq. Əgər gələcəkdə şərtlərimiz uyğun olarsa, onun şərtləri bizi qane edərsə, eləcə də bizim şərtlərimizlə o razılaşarsa Sevinc Osmanqızı tam ştatlı işçimiz olacaq”, - deyə V.Mahirqızı qeyd edib.

Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-da yayınlanan “Cümə Sevinc Osmanqızı ilə” ictimai-siyasi verilişin və “Açıq söhbət Sevinc Osmanqızı ilə” siyasi debat proqramının aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın “CNN” telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam