Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Vətəndaşlardan qanunsuz saxlanılan silahlar götürülüb

 

 

 

 

 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir

 

 

     Yenixeber.org: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, martın 9-da bu istiqamətdə keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən 1 ədəd “F-1” qumbarası, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 tapança, bir ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron götürüblər. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 5 ədəd patron, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi aşkarlayıblar.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam