Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Davudoğlu Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda

 

  Türkiyənin Baş nazirinin sentyabrın 19-da Azərbaycana səfəri başlayıb

 

   "Xeberinfo.com": Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Bakıdakı Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib. Baş nazir bu gün səhər saatlarında Şəhidlər Xiyabanına gəlib. O, şəhidlərimizin məzarların, sonra Türk Şəhidliyini ziyarət edib.

 

Əhməd Davudoğlu daha sonra Fəxri Xiyabanda oub. O, Ümummilli lider Heydər Əliyevin məzarını da ziyarət edib.

 

Qeyd edək ki, Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

 

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.

 

Bu səfərdə Əhməf Davudoğlunu həyat toldaşı Sare Davudoğlu, baş nazirin müavini Yalçın Akdoğan, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, təhsil naziri Nabi Avcı və başqaları müşayiət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam