Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Venesuelanın Azərbaycanda səfirliyi açılıb

 

Venesuelanın Azərbaycanda səfirliyi açılıb

 

Yenixeber.az Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, nazirliyin Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib. 

Görüşdə Venesuelanın xarici işlər naziri Jorje Arreaza Monzerratın xarici işlər naziri Elmar Məmmədyarova Bakıda səfirliyin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubu təqdim edilib.

P.Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. 

Görüşdə Qoşulmama Hərəkatının aprelin 3-6-da Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam