Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nursultan Nazarbayev:"İlham Əliyevin qələbəsi xalqın onun yürütdüyü siyasəti dəstəklədiyini sübut edir"

 

 

Qazaxıstan prezidenti yenidən Azərbaycanın dövlət başçısı seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib

Yenixeber.org: Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə "Akordu" xəbər verir.

"Baş tutan seçkilərdə qazandığınız qələbə xalqın Sizin vətəndaşların rifahının yaxşılaşdırılmasına və beynəlxalq arenada ölkənin nüfuzunun möhkəmlənməsinə yönəlmiş yürütdüyünüz siyasəti dəstəklədiyini sübut edir", - təbrikdə deyilir.

O, həmçinin İlham Əliyevin dostluq və etimad əsasında Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini qeyd edib.

"Əminəm ki, iki ölkə arasında mövcud strateji əməkdaşlıq xalqımızın işıqlı gələcəyi naminə dinamik inkişaf etməkdə davam edəcək", - təbrik mətnində deyilir.

Sonda Qazaxıstanın dövlət başçısı qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam