Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Abşeron rayonuna 2 milyon manat ayırıldı

 

Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

  "Xeberinfo.com": Sərəncamda qeyd olunur ki, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, Abşeron rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Abşeron rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, sənaye məhsulunun həcmi 23,5 dəfə, əsas kapitala yönəldilmiş vəsait 24,9 dəfə, o cümlədən tikinti quraşdırma işləri 19,8 dəfə artmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, Musiqi, Şahmat Məktəbləri, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası inşa edilmiş, Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər tikilmiş, sənaye və emal müəssisələri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam