Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Prezidentlərin növbəti görüşü olacaq

 

60748

          İlham Əliyev və Serj Sarkisyan oktyabrın 27-də Parisdə görüşəcəklər

     "Xeberinfo.com": Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş oktyabrın 27-də Parisdə olacaq.

ANS PRESS-in məlumatına görə, Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib ki, prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılacaqlar. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə cəhd göstərir. Bu məqsədlə Fransa prezidenti Fransua Olland Parisdə Ermənistan və Azərbaycan prezidentlərini görüş keçirməyi təklif edib.

Xatırladaq ki, Prezident İlham Əliyev və Prezident Serj Sarkisyan ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə sentyabrın 4-də Uelsdə görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam