Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Səfər Əbiyevin sabiq müavini Ali Məhkəməyə müraciət edib

 

 

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib

 

Yenixeber.org: Ali Məhkəmədə kassasiya şikayəti hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi isə M.Səlimovun apellyasiya şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən saxlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam