Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Penitensiar xidmətdə daha 37 gənc qulluğa başlayıb

 

Penitensiar xidmətdə daha 37 gənc qulluğa başlayıb   

 

Yenixeber.org: Ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov Penitensiar xidmətin Baş idarəsində orta rəis heyətində yeni qulluğa başlamış 37 gənc əməkdaşı qəbul edib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazir müavini gənc əməkdaşlara Penitensiar xidmətdə qulluq keçmənin fəaliyyət istiqamətləri barədə məlumat verib, onlara çətin və şərəfli işlərində vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə dönmədən riayət etməyi tövsiyə edib. Xidmət rəisi dövlət idarəçiliyinin mühüm sahələrindən biri olan ədliyyə orqanlarında vicdanla, dövlətə və xalqa sədaqətlə xidmət etməyi, ədliyyə işçisi adını daima uca tutmağı tapşıraraq gələcək xidməti fəaliyyətlərində gənc əməkdaşlara uğurlar arzulayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam