Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Sahil Babayevin yerinə təyinat olub

 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsinin baş direktoru vəzifəsindən kənarlaşdırılıb

Yenixeber.org: Bu vəzifəyə S.Babayevin yerinə Ruslan Rüstəmli təyin edilib.
Təyinat ötən gün reallaşıb.
R.Rüstəmli İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Departamentinin direktorudur. O həmçinin 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) Azərbaycan üzrə alternativ direktordur. Direktor Bankda Azərbaycanla yanaşı Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edir.
Xatırladaq ki, “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində birgə həyata keçirdiyi layihədir. Ümumilikdə 5 komponentdən ibarət olan layihə üzrə müqavilə 2009-cu ilin mayın 20-də imzalanıb.
Layihə üzrə vəsaitlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən ayrılıb. Azərbaycan hökuməti isə vəsaitin bir hissəsini və ƏDV öhdəçiliyini yerinə yetirməyi üzərinə götürüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam