Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib

 Müdafiə nazirinin tapşırığına əsasən, mayın 8-də müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə Nazirliyin bir qrup əməkdaşı Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolu, onun döyüşlərdə iştirakını bir daha xatırlayıblar. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz vətəni bilib, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən A.Aqarunov cəbhəyə yollanıb və 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam