Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Avropa İttifaqı sanksiyaları artırdı-Rusiyaya qarşı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları artırdı
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 5 fiziki şəxsin adını siyahıya salıb. Onlar Krım və Sevastopolun seçki komissiyalarının əməkdaşlarıdır.
Yenixeber.org: Bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə məlumat verib.

Mənəbə sanksiyaların səbəbi kimi martın 18-də Krımda da Rusiya prezidenti seçkilərinin keçirilməsini göstərib. Bildirib ki, sanksiyalar sabah dərc olunduqdan sonra rəsmən qüvvəyə minəcək.

Bu addımı qeyri-konstruktiv adlandıran Rusiya Mərkəzi Seçki Komissiyası Avropa siyasi isteblişmentini baş verən hüquqi və obyektiv siyasi hadisələri qəbul edə bilməməkdə ittiham edib. Bildirilib ki, Krım əhalisinin səsvermədə iştirakı nəinki ölkə Konstitusiyasına, həmçinin beynəlxalq standartlara cavab verib.

Qeyd edək ki, daha öncə Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Avropaittifaqının Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi bildirilirdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam