Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"RİA Novosti"nin ofisinə basqın edilib-Ukraynada

Ukraynada "RİA Novosti"nin ofisinə basqın edilib
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın “RİA Novosti” beynəlxalq informasiya agentliyinin Ukraynadakı ofisinə basqın edərək, istintaq-axtarış əməliyyatı keçiriblər.
Yenixeber.org: UTX-nin mətbuat katibi Yelena Qitlyanskoy bildirib ki, Rusiya Federasiyasının nəzarətində olan media qurumları "təcavüzkar" dövlət tərəfindən Ukraynaya qarşı həyata keçirilən hibrid informasiya müharibəsi çərçivəsində istifadə olunub. Qitlyanskoy əməliyyatın təfərrüatları barədə daha sonra açıqlama verəcəyini bildirib.

Həmçinin, bu gün səhər saatlarında "RİA Novosti" Ukraynanın rəhbəri, jurnalist Kirill Vışinskoy yaşadığı evinin yanında həbs olunub. Hüquq-mühafizə orqanları rusiyalı jurnalisti Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə – dövlətə xəyanətdə ittiham edirlər. Bildirilib ki, Kirill Vışinskoy Donbassdakı silahlı rejimin fəaliyyətini fəal şəkildə təbliğ edir.

“Rossiya seqodnya” MİA-nın baş direktoru Dmitri Kiselyov Ukrayna hakimiyyətini Vışinskoyu dərhal azad etməyə və KİV-in təqibini dayandırmağa çağırıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə bildirib ki, Moskva adekvat cavab tədbirləri görəcək. Rusiya xarici işlər naziri Sergey Lavrovun məsələyə münasibəti daha sərt olub:

“Biz həm ATƏT, həm də Avropa Şurası çərçivəsində qərbli həmkarlımızın diqqətinə çatdırmışıq ki, onlar Kiyevdəki əlaltılarının bu cür fəndlərinə olduqca təmkinlə yanaşırlar. Düşünürəm ki, həm ABŞ, həm də ATƏT-in digər avropalı üzvləri artıq hansısa ikili standartlarsız yanaşma sərgiləməlidirlər. Məsələ ilə bağlı ATƏT-in Media azadlğı üzrə nümayəndəsinin prinsipial bəyanatını gözləyirik”.

Qeyd edək ki, "RİA Novosti" informasiya agentliyi Vladimir Putinin 2013-cü ildəki sərəncamına əsasən yenidən formalaşdırılıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam