Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Pompeo Türkiyəni tənqid etdi -Səbəb "S-400"lərdir

Pompeo Türkiyəni tənqid etdi - Səbəb "S-400"lərdir
ABŞ dövlət katibi Mayk Pompeo Rusiyadan "S-400" zenit-raket komplekslərini aldığına görə Türkiyəni tənqid edib.
Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Popmeo Türkiyəni NATO-nin səylərini pozmamağa çağırıb.

"Bizə lazımdır ki, onlar NATO-nun tərəfdaşı olsunlar. Biz istəyirik ki, onların davranışları NATO-nun məqsədlərini əks etdirsin. Ankara alyansın səylərini pozmağa yönəlmiş hərəkətlər etməməlidir" - deyə Pompeo vurğulayıb.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən ay Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Ankaranın Rusiyadan "S-400" kompleksləri almasından məyus olduqlarını söyləmişdi. Vaşinqton hesab edir ki, "S-400"lərNATO-nun müdafiə sistemlərilə uzlaşmır. Həmçinin, bu addımına görə, Türkiyə sanksiyalarla hədələnir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam