Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İrəvanda tələbələr etiraz aksiyası keçirir -VİDEO

İrəvanda tələbələr etiraz aksiyası keçirir - VİDEO
İrəvan Dövlət Universitetində tələbələrin “İDU-nu yenidən başlat” qrupunun təşəbbüsü ilə etiraz aksiyası keçirilir

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, etirazçılar rektor Aram Simonyanın istefasını tələb edərək, bütün tələbələri, müəllimləri və universitetin əməkdaşlarını tətil elan etməyə çağırıblar.
Aksiyada iştirak edən tələbələr həmçinin, İrəvan Dövlət Universitetində maliyyə auditinin keçirilməsini, Himayədarlar Şurasının buraxılmasını, Həmkarlar İttifaqı və Tələbə Şurasının fəaliyyətlərinin dayandırılmasını tələb ediblər.



Etirazçılar şikayət və tələblərinin yer aldığı yazılı bəyanat veriblər. Onların ən çox şikayət etdiyi məsələlər isə Ermənistanda təhsilin aşağı səviyyəsi, təhsil üçün normal şəraitin olmaması, vəsaitlərin qeyri-effektiv istifadəsi, siyasi baxışlarına görə tələbə və müəllimlərin təqib edilməsi, universitet və digər strukturların siyasiləşdirilməsi və digərləridir.

Qeyd edək ki, tələbələrin etirazlarına baxmayaraq, universitetin rektoru Aram Simonyan istefa vermək fikrinin olmadığını deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam