Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

İsrail Qəzzaya son 4 ilin ən böyük zərbələrini endirdi

İsrail Qəzzaya son 4 ilin ən böyük zərbələrini endirdi
İsrail ordusu Qəzza zonasında fələstinlilərə kütləvi hava hücumu gerçəkləşdirib.
Yenixeber.org: Bu barədə İsrail ordusunun mətbuat katibi Ronen Manlis məlumat verib. Qeyd olunur ki, İsrail ərazisinə endirilən 27 raket zərbəsinə cavab olaraq, Qəzzada əsas hərbiləşmiş qruplaşmaların 35 obyektinə İsrail aviasiyası zərbələr vurub. İsrail hərbçiləri bunu son 4 ilin ən irimiqyaslı əməliyyatı adlandırıblar.

Ronen Manlis onu da əlavə edib ki, növbəti günlərdə hadisələrin inkişafı Qəzzaya nəzarət edən HƏMAS-ın atəşkəsi dayandırmaq bacarığından asılı olacaq. Çünki israillilər hesab edir ki, bu dəfə onlara silahlı hücum gerçəkləşdirənlər Qəzzada HƏMAS-dan sonra ikinci ən böyük qruplaşma olan “İslam cihadı”dır.

Qeyd edəkki, bundan əvvəl İsrail ordusunun mətbuat xidməti Fələstin döyüşçülərinin Qəzza zonasından İsrailin bir neçə rayonuna 27 raket atdığına dair məlumat yaymışdı. Lakin xəsarət alanlar və dağıntılar barədə hələ də məlumat verilməyib.

İsrailin baş naziri Benyamin Netanyahu isə xəbərdarlıq edib ki, Qəzza zonasından ölkəsinin raket və minaatanlardan atəşə tutulmasına güc tətbiq etməklə artıqlaması ilə cavab verəcəklər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam