Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ermənistanda əsgər anaları etiraz edir -VİDEO

Ermənistanda əsgər anaları etiraz edir - VİDEO
İrəvanda erməni cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önündə aksiya keçirirlər. Onlar öz problemlərinin Paşinyan hökuməti tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.
Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, aksiya iştirakçıları arasında Ermənistan ordusunda dinc şəraitdə ölən əsgərlərin anaları da var.

Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyanhökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər. Əllərində ölmüş oğullarının şəkilləri və plakatlarını tutan əsgər anaları jurnalistlərə bildiriblər ki, övladlarının əsl ölüm səbəblərinin açıqlanmasını və cinayətkarların tutulmasını istəyirlər.

Aksiyaçılar, həmçinin sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarkisyanın cəzalandırılmasını tələb edirlər.

Qeyd edək ki, bu gün Ermənistanın nazirlər kabineti baş nazir Nikol Paşinyanın başçılığı ilə növbətini iclasını keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam