Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Direktorlarının işi yoxlanılacaq



     Bakıda fəaliyyət göstərən orta məktəb direktorlarının və tədris hissə müdirlərinin əmək fəaliyyəti yoxlanılacaq. 

     "Xeberinfo.com": Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Trend-ə bildirib ki, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsi müəllimlərin sınaq qiymətləndirilməsinin aparılma formasından tamamilə fərqlənəcək: “Onların qiymətləndirilməsi başqa formada, başqa mexanizmlə aparılacaq. Direktorun dərs saatı ola bilər, amma onun əsas işi idarəetmədir, inzibati işdir”.

    E.Əliyev qeyd edib ki, hazırda direktor və tədris hissə müdirlərinin qiymətləndirilməsinin mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılır və müvafiq layihə hazırlanır.

    Onun sözlərinə görə, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsinin bu ilin sonunda, yaxud gələn il ərzində aparılması nəzərdə tutulub: “Bu barədə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə məlumat veriləcək. Hazırda layihə üzərində iş aparılır”.

     E.Əliyev onu da qeyd edib ki, qiymətləndirmə prosesinə Bakının bütün məktəblərinin direktorları və tədris hissə müdirləri cəlb ediləcək və bu, məcburi qaydada olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam