Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Çin və Rusiya ABŞ-a qarşı çıxdı-birgə bəyannamə

Çin və Rusiya ABŞ-a qarşı çıxdı
Bir sıra dövlətlər “raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada Avropada və Asiya və Sakit okeanı məkanında raketdən müdafiə sistemləri yerləşdirirlər. Buna qarşı qüvvələr balansının təmin olunması üçün Moskva və Pekin birgə əməkdaşlıq edəcəklər.
Yenixeber.org: Çinə səfər edən Vladimir Putinin Si Tsinpinlə danışıqlarının yekununda qəbul olunan birgə bəyannamədə belə deyilir.

“Rusiya və Çin qlobal və regional strateji balans və sabitliyin təmin olunmasına xüsusi diqqət ayıracaqlar. Çünki bir sıra dövlətlər “raket təhlükəsi” bəhanəsilə birtərəfli qaydada raketdən müdafiə sistemlərini təkmilləşdirirlər və onlarıAvropada və Asiya və Sakit okeanı məkanında yerləşdirirlər. Bununla da regional dövlətlərin, o cümlədən Rusiya və Çinin strateji təhlükəsizlik maraqlarına ciddi zərər yetirirlər. Onlar həmçinin strateji qüvvələr balansına, qlobal və regionaltəhlükəsizlik və sabitliyə mənfi təsir göstərirlər.” – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Çinə səfər edərək həmkarı Si Tsinpinlə görüşüb. Səfər zamanı tərəflər arasında ticarət, energetika, kosmos və digər istiqamətlərdə əməkdaşlığı bnəzərdə tutan bir sıra müqavilələr imzalanıb. Həmçinin, Putin Çinin Çindao şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının iclasına da qatılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam