Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kim Trampla görüşə 100 nəfərlik heyətlə gedir

Kim Trampla görüşə 100 nəfərlik heyətlə gedir
Şimali Koreya lideri Kım Çen Inın Sinqapura iyunun 10-da yola düşəcəyi gözlənilir. Onun təyyarəsi Çanqi aeroportunda yerə enəcək. Kimin özünə məxsus “İl-62” təyyarəsindən istifadə edəcəyi deyilir.
Yenixeber.org TASS-a istinadən xəbər verir ki, Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri həmin təyyarə ilə ilk xarici uçuşunu edərək Çinin Dalyan şəhərinə, ÇXR Sədri Si Cinpinin görüşünə gedib.

Şimali Koreyanın nümayəndə heyəti üçün qida məhsulları daşıyan “İl-76” təyyarəsi də iyunun 10-da Sinqapura yollanacaq. Kım Çen Inın “St. Regis” mehmanxanasında qalacağı bildirilir. ABŞ prezidenti Donald Trampın da həmin mehmanxanada qalacağı gözlənilir.

Qeyd edilib ki, ABŞ-la sammit qurtarana qədər KXDR-in Sinqapurda qalacaq nümayəndə heyətinin sayı 100 nəfərdən çox olacaq. Onların arasında həm rəsmi şəxslər, həm də təhlükəsizlik xidmətinin əməkdaşları var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam