Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bakının 11 yolunda parklanma yerləri ləğv ediləcək

 “Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək”

Yenixeber.org: Bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, bu 11 yol 16 yol birləşməsini əhatə edir.
“Aparılan təhlillər onu göstərir ki, bu yolların kifayət qədər geniş olmasına, parametrlərinin orada nəqliyyat vasitələrinin rahat, maneəsiz hərəkət etməsinə imkan verməsinə baxmayaraq, təəssüf ki həmin yollarda olan qanunsuz parklanmalar və digər nişanlamalar, işıqforlarda olan müəyyən nöqsanlar həmin yolları keçilməz edir. Biz düşünürük ki, bu 11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür. İlkin hesablamalara görə, parklanmaların olmadığı həmin yollarda mövcud hərəkət zolaqları üzrə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilərlər”, – deyə M.Ağayev əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam