Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Leyla Əliyevanın adından iftar verilib-Moskvada

Leyla Əliyevanın adından iftar verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.
Yenixeber.org: Tədbir Moskva Müsəlmanları Dini İdarəsi tərəfindən Rusiya Müsəlmanları Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi ilə təşkil olunub.

İftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan surə və iftar duası oxuyub. Sonra Moskva müsəlmanları iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.

İftar mərasimində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş altında” filmi nümayiş etdirilib. “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib. Gecənin iştirakçıları Azərbaycan tarixinə dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam