Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Deputat nazirliyi hədəfə götürdü –“Deyirlər ki, pul yığmağı yığışdırıblar…”

 “Mən problemləri Milli Məclisdə çıxış etmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməzdən əvvəl Təhsil Nazirliyinin hər iki müavininə xidməti telefonumdan zəng etdim, heç biri cavab vermədi”

Yenixeber.org: Bunu Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.
O bildirib ki, bu gün məktəblərdə “fondpulu” yığılır: “Deyirlər ki, məktəblərdə pul yığmağı yığışdırıblar. Amma mən də bir valideyn kimi deyə bilərəm ki, bu gün məktəblərdə “fondpulu” yığılır. Bir çox neqativ faktlar hələ də təhsilimizdə qalmaqdadır”.
Deputat təhsil nazirinin müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib: “Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu hadisənin olması gözlənilən idi. Bu barədə düşünmək lazımdır. Çünki özəl bağçalara nəzarət yoxdur.
Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də, aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam