Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

700-ə yaxın ev qazsız və işıqsız qaldı-Balakəndə

Balakəndə 700-ə yaxın ev qazsız və işıqsız qaldı
Balakən rayonunun Katex kəndində “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 30-a yaxın evin içərisinə su dolub.
Yenixeber.org: Bu barədə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dünən axşam saat 22:00 radələrində Balakən rayonunda yağan intensiv leysan yağış nəticəsində Katex kəndindən keçən “Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 700-yaxın həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evlərin içərisinə su dolub.

“Kənddə təxminən 700-ə yaxın evin qaz təchizatı dayandırılıb, elektrik enerji verilişi qismən kəsilib. Eyni zamanda Püştətala kəndi ərazisində həyətyanı təsərrüfatları su basması müşahidə edilir. Əkin sahələrinə və yol təsərrüfatına ziyan dəyib. “Dəli” çayın üzərindən keçən piyadalar üçün hazırlanmış keçidləri sel yuyub aparıb”.

İcra Hakimiyyətindən bildirilib ki, hazırda texnikalar fəlakətin aradan qaldırılması üçün əraziyə cəlb olunub. Sakinlərə dəymiş zərərin hesablanması üçün rayon fövqladə hallar komisiyasının üzvüləri iş aparır.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam