Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

BMT baş katibindən Suriya xəbərdarlığı

BMT baş katibindən Suriya xəbərdarlığı
BMT baş katibi Antonio Quterreş bütün tərəfləri Suriyanın cənub-qərbindəki hərbi gərginliyi dərhal dayandırmağa çağırıb.

Yenixeber.org: Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrikin bəyanatında deyilir.
Bildirilir ki, BMT baş katibi Suriya münaqişəsindəki bütün maraqlı tərəfləri dinc sakinlərin və vətəndaş infrastrukturunun müdafiəsi də daxil olmaqla, beynəlxalq humanitar hüquq və beynəlxalq hüquqla müəyyənləşən öhdəliklərinə riayət etmələrini təkidlə istəyib.

Bəyanatda qeyd olunur ki, Suriyada quruda edilən hücumlar və hava bombardmanları nəticəsində minlərlə sakin ev özlərini tərk edərək İordaniya ilə sərhədə doğru getməyə məcbur olub.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Suriyanın cənub-qərbindəki Deraa, Əl-Kuneytra və Əs-Suveyda əyalətlərində təhlükəszilik zonalarının yaradılmasına dair razılıq əldə olunub.

ABŞ Dövlət Departamenti iddia edir ki, Bəşər Əsəd hökumətinin qüvvələri təhlükəsizlik zonaları ilə bağlı razılaşmaları pozur. Rəsmi Dəməşq isə Suriyada müharibənin hələ də davam etməsinə görə məsuliyyəti Qərb ölkələrinin üzərinə atır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam