Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyev:"Bütün günahkarlar cəzalandırılacaq"


Yenixeber.org: Məlumata görə, müşavirədə çıxış edən Prezident İlham Əliyev çətin saatlarda göstərdiyi anlayışa, səbirə və  təlaşa düşmədiyinə  görə Azərbaycan xalqına təşəkkür edib.

Eyni zamanda, İlham Əliyev çətin anda göstərdikləri köməyə görə Rusiya və Gürcüstan hökumətlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan da həmçinin, çətin məqamlarda həmişə öz qonşularının köməyinə çatıb.

Dövlət başçısı əlavə edib ki, elektrik enerjisinin kəsilməsində günahkar olanların hamısı cəzalandırılacaq.

 ** 18:42


İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə çağırıb.

Xəbəri AzərTAc yayıb.

Müşavirədə "Azerenerji”nin başçısı Etibar Pirverdiyev, nazirlər və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, iyulun 3-də gecə Mingəçevir İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birinin transformatorunda, Bakı ilə Gəncə də daxil olmaqla, ölkənin 39 şəhər və rayonuna elektrik enerjisinin verilməsinin dayanmasına səbəb olan qəza baş vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam