Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Neft böhranı yaşanacaq –“Saudi Aramko”

 Dünya neft sənayesi tədarük böhranı ilə üz-üzə qala bilər.
Yenixeber.org Bunu “Faynənşıl Tayms” qəzetinə açıqlamasında “Saudi Aramko”nun rəhbəri Amin Naser deyib.
“Böyük neft şirkətləri slans nefti və hasilatı qısamüddətli perspektivdə artıracaq digər imkanlara diqqətlərini yönəldirlər. Artıq bu şirkətlər əvvəlki illərdə olduğu kimi uzunmüddətli meqalayihələrə maraq göstərmirlər. Qısa müddətli dövrdə hasilat üçün investisiya artımı kifayət etməyəcək. Slans neft hasilatı tipli layihələr neftə olan qlobal tələbatı 2040-cı ilə qədər azaltmayacaq.
Neft şirkətlərinin böyük pullar və zaman tələb edən layihələrə yatırım etmək arzusunun olmaması onu deməyə əsas verir ki, şirkətlər səhmdarların tələbatını təmin edə bilməyəcəklərindən qorxurlar. Hazırda “Ekson Mobil”, “Şevron” və “Şel” kimi böyük şirkətlər aktiv şəkildə ABŞ slans sektoruna yatırımlar edirlər. Bu isə onlara digər ənənəvi layihələrdən daha tez gəlir əldə etmələrinə imkan verir. Bununla belə, qlobal neft bazarı gələcəkdə də ənənəvi neft hasilatından asılı olacaq”, – deyə o bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam