Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Trampı Britaniyada etirazla qarşıladılar- VİDEO

Trampı Britaniyada etirazla qarşıladılar - VİDEO
ABŞ prezidenti Donald Tramp Brüsseldə NATO sammitində iştirak etdikdən sonra Böyük Britaniyaya səfər edib.
 Yenixeber.org: Xarici KİV-lər xəbər verir ki, Britaniya rəsmiləri onu təmtəraqla qarşılasalar da, əhali Trampın gəlişinə sevinməyib.

ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə Paris müqaviləsindən çıxmasını və ümumilikdə yürütdüyü xarici siyasəti dəstəkləməyən etirazçılar “Tramp, evinə qayıt!”, “Dünyanın bir nömrəli irqçisi”, “Trampa və müharibəyə yox de!” yazılan plakatlar tutaraq kütləvi aksiya keçiriblər. Həmçinin, paytaxt Londonda qadınların “Trampı dayandırın” adlı marşı keçiriləcək.



Tramp isə britaniyalıların etirazından qorxmadığını deyib.

Qeyd edək ki, Britaniyaya səfəri çərçivəsində Tramp bu günlərdə istefa verən xarici işlər naziri Boris Consonla da görüşməyi planlaşdırır. Tramp Consonu BöyükBritaniyanın baş naziri postuna yaxşı namizəd adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam