Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İlham Əliyev Putinə məktub göndərdi

İlham Əliyev Putinə məktub göndərdi
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərib.
 Yenixeber.org: Məlumata görə, məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç. Sizi və bütün Rusiya xalqını futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı oldu.

Rusiyada başa çatmış dünya birinciliyi idmanın xalqları yaxınlaşdıran, dostluğu və əməkdaşlığı möhkəmləndirən böyük qüvvə olmasını parlaq şəkildə nümayiş etdirməklə, haqlı olaraq çempionatlar tarixinə bu cür turnirlərin ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi kimi daxil olacaq.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar, bütün rusiyalılara isə sülh və firavanlıq arzu edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam