Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Həftəsonu gəzməli hava olacaq

 

Həftəsonu gəzməli hava olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Yenixeber.org: ETSN-dən verilən məumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 31-36, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36, dağlıq rayonlarda 28-32 dərəcə isti təşkil edəcək. Aran rayonlarında hava şəraiti günəşli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 36-41 dərəcə isti təşkil edəcək. 

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində hava şəraiti günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli şərait müşahidə olunacaq. Günorta saatlarında 11:00-17:00-dək günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam