Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Putinin “çirkli pulları” araşdırılmağa başlanıldı-Estoniyada

 Estoniya Danimarkanın “Danske Bank”ının Tallindəki filialına qarşı araşdırmaya başlayıb.

Yenixeber.org: Bu barədə məlumatı Estoniya Baş prokuroru Lavli Perlinq yayıb. Onun sözlərinə görə, törəmə bankla bağlı araşdırma “Hermitage Capital” fondunun rəhbəri Bil Brauderin müraciətindən sonra başladılıb.

Qeyd edək ki, bundan öncə Danimarka mətbuatı “Danske Bank”ın Estoniya filialında şübhəli tranzaksiyaların olması barədə məlumat yaymışdı. Mətbuat bu şübhəli tranzaksiyaların Rusiya Federal Təhlükəsizlik Xidmətinə yaxın şəxslər, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin qohumu İqor tərəfindən aparıldığını bildirmişdi. Sonradan Rusiya xüsusi xidmət orqanlarının bu bankın imkanlarından çirkli pulların yuyulması üçün istifadə etdiyi ortaya çıxmışdı.

“Danske Bank” günahını etiraf edərək, Rusiya ilə bağlı 20 hesabı bağlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam