Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Umayra Tağıyeva:"Avqustda da anomal istilər gözlənilir"

 

 

Sektor müdiri: Bu ayın 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək

"Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

O bildirib ki, ölkə ərazisində avqust ayının birinci ongünlüyündə havanın temperaturu çoxillik norma göstəricilərdən çox da fərqlənməyəcək: "Avqustun ilk ongünlüyündə havanın temperaturu bir qədər yüksək olsa da, kəskin istilər gözlənilmir. Avqustun 2-dən 6-dək paytaxt Bakı şəhərində arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək. Bu da temperaturun çox yüksəlməsinə imkan verməyəcək. Hava şəraiti hamı üçün, xüsusən də meteohəssas insanlar üçün əlverişli olacaq. Avqustun 6-dan sonra küləklər səngiyəcək, şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu yüksəlməyə başlayacaq".

U.Tağıyevanın sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam