Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rəhmonun Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

 

Rəhmonun Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycana rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.
 Yenixeber.org: Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb. 

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyevvə Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam