Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hərbi hissələrdə Qurban bayramı qeyd edilib

 

 

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bayram tədbirlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.

Tədbirlərdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar.

Hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub və mədəni kütləvi proqramlar nümayiş etdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam