Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Ərdoğan Putinlə İranda görüşəcək

 

Ərdoğan Putinlə İranda görüşəcək
Rusiya və Türkiyə prezidentləri Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin növbəti görüşü yaxın zamanda İranda baş tutacaq.

Yenixeber.org: Bu barədə bu gün Moskvaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirən Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib.
Türkiyəli diplomat deyib ki, Soçi formatında prezidentlərin növbəti görüşü İranda keçiriləcək və onadək hər iki ölkənin XİN rəhbərləri kimi Lavrovla birlikdə liderlərin sammitinə hazırlıq görəcəklər.

Qeyd edək ki, Çavuşoğlu ilə Lavrovun bugünkü görüşündə əsas müzakirə mövzusuSuriyada, xüsusən də, İdlibdəki vəziyyət olub. Həmçinin, XİN rəhbərlərilə yanaşı, Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu arasında da görüş keçirilib, ikitərəfli hərbi əməkdaşlıq və Suriyadakı təhlükəsizlik zonalarının vəziyyəti müzakirə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam