Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Soçidə təyyarə qəzası baş verdi, “Boeing” çaya düşdü-ölən və yaralılar var

Ötən gecə Rusiyanın Soçi şəhərində təyyarə qəzası baş verib. Rusiya KİV-ləri xəbər verir ki, “Utair” hava yolları şirkətinə məxsus olan və Moskvadan uçan “Boeing 737” sərnişin təyyarəsi Soçi aeroportunun uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı çay yatağına düşüb. Nəticədə laynerin şassi dayaqları və qanadı sınıb, sol mühərrikində yanğın başlayıb.

Yenixeber.org: Təyyarənin göyərtəsində 164 sərnişin və 6 heyət üzvü olub. Cəmi 18 nəfərin, o cümlədən 3 azyaşlı uşağın xəsarət aldığı bildirilir. Soçi aeroportunun bir əməkdaşı sərnişinləri xilas edərkən ürək tutmasından ölüb.

Yanğınsöndürənlər təyyarədə yanğını söndürüblər, sərnişinlər evakuasiya olunub. Aviaşirkət qəzanın səbəblərinin araşdırıldığını bildirir. İlkin ehtimallara görə qəzaya səbəb pis hava şəraiti olub. Belə ki, güclü leysan səbəbindən heyət təyyarəni birinci dövrədə endirə bilməyib. İkinci dövrədən sonra təyyarəni endirmək mümkün olsa da uçuş-enmə zolağı sürüşkən olduğuna görə layner sürüşərək zolaqdan çıxıb, Mzımta çayının yatağına düşüb. İnsidentlə bağlı cinayət işi qaldırılıb.

Hazıda Soçi aerportu rayonunda hava şəraitinin mürəkkəb olduğu, leysan yağdığı və tez-tez şimşək çaxdığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam