Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Sürücülərin nəzərinə: Bu yollarda sıxlıq var

Hazırda Bakının bəzi yollarında avtomobil sıxlığı müşahidə olunur.

Yenixeber.org: Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Afiyəddin Cəlilov küçəsində, Moskva prospektində (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, şəhər istiqamətində), Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının qarşısı, şəhər istiqamətində) və Ziya Bünyadov prospektində (Ələkbər Qayıbov küçəsi ilə kəsişmədən “20 Yanvar” dairəsi istiqamətində, Atatürk prospekti ilə kəsişməyədək) sıxlıq var.

Tbilisi prospektində (şəhər istiqamətində), Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsünün üzərindən Hökumət Evi istiqamətində), A.Nobel prospektində (Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək) və Koroğlu Rəhimov küçəsində (Akademik Həsən Əliyev küçəsi ilə kəsişmə istiqamətində) isə nisbətən sıxlıq müşahidə olunur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam