Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Yaponiya Qarabağla bağlı mövqeyini açıqladı

Yaponiya Qarabağla bağlı mövqeyini açıqladı

“Azərbaycan və Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir”

 Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovyaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub və bunun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib: “Görüşdə ilk növbədə infrastruktur layihələrinə diqqət yetirilib. Yaponiya Şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin inkişafına böyük maraq göstərir. Bundan başqa turizm sahəsində əməkdaşlıq müzakirə olundu. İldən-ilə Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Ona görə də Yaponiya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin açılması müzakirə olundu”.

E.Məmmədyarov bildrib ki, görüş zamanı sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM-Yaponiya görüşünün keçirilməsinə dair razılıq əldə olunub. 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarına geniş məlumat veridiyini deyən nazir bildirib: "Biz Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə müzakirə apardıq. Deyə bilərəm ki, Yaponiya Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin mövqeyini dəstəkləyir”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam