Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Hazırlıq aparılır: Plan Türkiyəyə hücum etməkdir

 

Hazırlıq aparılır:  Plan Türkiyəyə hücum etməkdir

Suriyada Bəşər Əsəd rejiminin nəzarəti altındakı Lazkiyə bölgəsinin şimal hissəsində YPG/PKK ilə solçu təşkilatlara məxsus təlim düşərgələrində terrorçulara təlim keçirilir. Türkiyənin Hatay bölgəsi ilə sərhəddə olan bu bölgədə anti-Türkiyə mövqeyində olan 5 terror təşkilatı yuva qurub.

Yenixeber.org: “Anadolu” agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə, Afrin, Münbiç, Tel Abyad və Rakkadan gələn 200-ə yaxın terrorçuya Lazkiyənin Türkiyə sərhədinə yaxın hissəsində Əsəd rejimi və İrana bağlı qruplar tərəfindən təlim keçilir.


Məlumata görə, YPG/PKK, DHKP-C və Birləşmiş Azadlıq Gücləri (BÖG) qruplarına daxil olan terrorçular Əsəd rejiminin dəstəyi ilə müxalif türkmanlara və Türkiyəyə qarşı hücuma hazırlaşırlar.

Türkman dağında Əsəd rejiminə qarşı mübarizə aparan Azad Suriya Ordusunun xüsusi təyinatlılardan ibarət “Fursanul İman” qrupunun hərbi sözçüsü Məhəmməd Yavuz bildirib ki, terrorçuların hədəfi idlib və Lazkiyədən sonra Türkiyədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam