Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Britaniyalı deputatlar Qarabağa qanunsuz səfər ediblər

    

Britaniyalı deputatlar Qarabağa qanunsuz səfər ediblər
Böyük Britaniya parlamentinin Lordlar Palatasının deputatı, baronessa Kerolayn Koksun rəhbərliyi altındakı nümayəndə heyəti bu gün Azərbaycanın Ermənistan silahlı 1üvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edərək separatçılarla görüş keçirib.
Yenixeber.org: Britaniyalı deputatlar separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanla danışıqlar aparıblar. Onlara Qarabağın “müstəqilliyi” uğrunda aparılan işlər barədə məlumat verilib. Mailyan Britaniya parlamentinin üzvü Kerolayn Koksun Dağlıq Qarabağ münaqişəsi üzrə “obyektiv” informasiyanın yayılmasında verdiyi xidmətlərə görə Baronessaya təşəkkürünü bildirib. Həmçinin, Koksu qondarma rejimin xatirə medalı ilə təltif edib. 

Qeyd edək ki, Kerolayn Koks bundan əvvəl də - 2015-ci ilin avqustunda Qarabağa qanunsuz səfər edərək separatçılarla görüş keçirib. Bu səbəbdən onun adı Azərbaycanın Xarici İşlər Nazirliyinin “Arzuolunmaz şəxslər siyahısı”na salınaraq, ölkəmizə girişi qadağan edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam