Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Paşinyandan ŞOK SÖZLƏR:Əgər başıma nəsə gəlsə...

 

Əgər Ermənistan Baş naziri Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq.
Yenixeber.org: Bunu İrəvanda keçirdiyi mitinqdə çıxışı zamanı Paşinyan söyləyib.
“Potensial qatillərə nə olacağını təsəvvür edirsinizmi? Mən xalqın mandatı və razılığı ilə antikorrupsiya mübarizəsi aparıram. Əgər başıma nəsə gəlsə, xalq küçələrə çıxacaq və potensial qatillər üzərində məhkəmə quracaq. Məhz xalq mənim təhlükəsizliyimin zəmanətçisidir. Mən özümün və ailəmin təhlükəsizliyindən narahat deyiləm. Bu mübarizə sona qədər davam edəcək. Əgər mən korrupsiyaya bulaşsam, o zaman məni Respublika meydanında asın”, – deyə o bildirib.
O, Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın bank hesabları məsələsinə də toxunub. Paşinyanın sözlərinə görə, təkcə bir bankda onun 30 milyon dolları var və bu dondurulub.
“Saşik Sərkisyana çağırış edirəm ki, bir həftə ərzində 30 milyon dolları dövlət büdcəsinə qaytarsın. Biz imkan verməyəcəyik ki, kimsə xalqla məzələnsin. Robert Köçəryan, Serj Sərkisyan, Ovik Abramyan, Qagik Xaçaturyanın bizim üçün heç bir fərqi yoxdur. Təhdidlərlə bizə qarşı dayanacağınızı düşünməyin”.(müxalifet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam