Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Miqrasiya Xidmətinin rəisi Serhan Aktoprakla görüşüb

Miqrasiya Xidmətinin rəisi Serhan Aktoprakla görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb
Yenixeber.org: DMX-nın mətbuat xidmətindən bildiriblər ki, görüşdə qurumla BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Vüsal Hüseynov xidmətin beynəlxalq tərəfdaş qurum olan BMqT ilə münasibətlərindən danışıb. Miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, xidmət istifadəçilərinin məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlər, şəffaflığın tam təmin olunması ilə bağlı konkret əməli addımlar barədə söhbət açıb. Xidmət rəisi bu gün ümumdünya kontekstində təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya məsələsinin önəminə diqqət çəkib, humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyətlər üçün əhəmiyyətindən bəhs edib.

Sonra DMX ilə BMqT-nin həyata keçirdiyi birgə layihələr, onların icra vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki qurumun ümumi maraq kəsb edən məsələlər üzrə əlaqələrinin perspektivlərinə diqqət çəkilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ölkəmizdə miqrasiya sahəsində görülən proqressiv işlərin ümumi nəticələrindən, DMX ilə səmərəli əməkdaşlıqdan razılıqlarını ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam