Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Tovuzun kəndlərində erməni təxribatı: 50-dən çox evə ziyan dəyib

    

Tovuzun kəndlərində erməni təxribatı: 50-dən çox evə ziyan dəyib
Xəbər verdiyimiz kimi, sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib
Yenixeber.org: Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.

Tovuz rayonu Koxanəbi kənd icra nümayəndəsi Sadiq Abulov bildirib ki, iki gün davam edən atışma nəticəsində 30-a yaxın evin dam örtüyünə ziyan dəyib. Onun sözlərinə görə, mülki əhaliyə atəş açılsa da, yaralanan olmayıb.

Əsrik Cırdaxan kənd icra nümayəndəsi Telman Əmiraslanov isə qeyd edib ki, düşmənin təxribatı zamanı 20-ə yaxın evin dam örtüyünə ziyan dəyib. Evlərin şüşələri və divarları intensiv atəşə tutulub. Onun sözlərinə görə, hazırda kənddə sakitçilikdir. 

Qaralar kənd icra nümayəndəsi Ramiz Əmiraslanov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir neçə evə ziyan dəydiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam