Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

“Qrant haqqında” qanunda dəyişiklik

 

Prezident İlham Əliyev “Qrant haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

"Xeberinfo.com": Dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə biləcəklər.

Qanunda qeyd olunur ki, xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərindən qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədə müvafiqliyinə dair rəyi tələb olunacaq.

Donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Əlavələrə əsasən, Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam