Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

 

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Ticarət Nazirliyi fəaliyyətləri Amerikanın milli maraqlarına qarşı yönələn 12 rus şirkəti əleyhinə sanksiyalar tətbiq edib. Bununla da, Vaşinqtonun Rusiya əleyhinə sanksiyalar siyahısı bir qədər də genişləndirilib.
Yenixeber.org: Bu barədə ABŞ federal qeydiyyatında yerləşdirilən bildirişdə deyilir. Lakin sanksiyaların dəqiq qüvvəyə minmə tarixi göstərilmir. 

Sənədə əsasən, sanksiyialar siyahısında adları çəkilən 12 rus şirkətinə münasibətdə ikili təyinatlı ABŞ məhsullarının ixracından imtina prezumpsiyası tətbiq ediləcək. 

Vaşinqton hesab edir ki, Rusiyanın 12 şirkəti və onların İran və Belarusdakı filialları ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarının ziddinə fəaliyyət göstəriblər. 

Xüsusilə vurğulanır ki, sanksiyalar siyahısına əlavə edilən 12 rus şirkəti kiberməkanda Rusiyanın zərərli subyektlərinin fəaliyyətinə dəstək veriblər, həmçinin, Rusiya hərbi dəniz qüvvələrini avadanlıqla təchiz ediblər və Rusiyanın hərbi kosmik sferasına dəstək göstəriblər. Bütün bu fəaliyyətlər isə, Rusiyaya münasibətdə əvvəlki sanksiyaların pozulması olmaqla yanaşı, ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradan davranışlardır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam